“Türkiyə bütün müdafiə imkanları ilə Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdır”.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı belə deyib.
O bildirib ki, Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işgalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik:
“Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik"-deyə o qeyd edib.
Bizim.Media