Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.
Bizim.Media RİA Novosti-yə istinadla bildirir ki, Avropa İttifaqı Belarus prezidentini müxalifətin və dinc nümayişçilərin repressiyasında, həmçinin jurnalistlərin hədələnməsində günahlandırır.
Bundan başqa qurum ölkədəki prezident seçkiləri ilə əlaqədar qara siyahını da genişləndirib.
Agentliyin məlumatına görə, siyahıya Lukaşenkodan əlavə 14 məmur daxil edilib.
Siyahıdakı bütün şəxslərin Aİ-yə getməsi qadağan ediləcək və birlik ərazisindəki aktivləri dondurulacaq.
Bizim.Media