Almaniyanın hücumundan sonra Çörçill niyə SSRİ-ni dəstəkləyib? - DETALLAR

İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri Uinston Çörçill II Dünya Müharibəsindən sonra "Bu, mənim Zəfərimdir” elan etmək hüququna sahib olan nadir siyasi liderlərdən biridir.

Baxmayaraq ki, özü həmişə şəxsi üstünlüklərini kifayət qədər təmkinli qiymətləndirib. Çörçill hadisələrin gedişatını təxmin etmək üçün heyrətamiz bir qabiliyyətə sahib olub və nə qədər acı olsa da insanlara həqiqəti söyləməkdən çəkinməyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “inosmi.ru” saytı Ukraynanın “Den” nəşrinə istinadən yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sovet İttifaqının qadağan etdiyi FOTOLAR


Müəllif İqor Sündukov yazır ki, Çörçillin özü həmişə Zəfərdəki şəxsi xidmətlərini kifayət qədər təmkinlə qiymətləndirib. 

Onun 8 May 1945-ci il tarixli ifadəsi var:

“Burda heç bir şəxsi töhfə görmürəm. Bu xidmət tamamilə dünyanın hər yerində yaşayan böyük xalqımıza aiddir. Onların yanan bir aslan ürəyi var və mən isə yalnız vaxtaşırı aslan kimi nərildəmək şərəfinə sahib oldum”.

Bununla birlikdə, Çörçill başa düşüb ki, onun "tarixdə izi" nə olacaq. Bu səbəbdən 1945-ci il iyulun sonunda Böyük Britaniyada müharibədən sonrakı ilk parlament seçkilərində leyboristlərə məğlub olub və həmvətənlərini “naşükürlüyə” görə qınayıb. Yəqin o zaman Ser Uinston öz sözlərini xatırlayıb: "Demokratiya ən pis idarəçilik növüdür ... əgər başqasına diqqət yetirməsəniz”.

Uinston Çörçillin İkinci Dünya Müharibəsi illərinə təsadüf edən ictimai  çıxışlarından, söhbətlərindən, publisistik məqalələrindən əsas fraqmentlərə diqqət yetirməyə dəyər.

Müəllifin qüsursuz üslubu və İngilis ədəbi dili bilikləri olub (1953-cü ildə Çörçill "yüksək tarixi və bioqrafik hekayə sənətinə və natiqlik qabiliyyətinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb). 

Britaniya Baş nazirinin 22 iyun 1941-ci ildə Hitlerin hücumundan sonra Sovet İttifaqına dəstək barədə dediyi sözləri yalnız geniş şərhlər və analizlər dalğasına düşüb.
 

Çörçilin özündən sitat gətirək: “Son iyirmi beş il ərzində heç kim mənim kimi kommunizmin düşməni olmayıb. İndi də onun haqqında dediyim bir kəlmədən də vaz keçmirəm. Ancaq bütün bunlar indi açılan tamaşanın önündə solur.


Keçmiş cinayətləri, səhvləri və faciələri ilə kənara çəkilir. Görürəm ki, rus əsgərləri doğma torpaqlarının ağzında dayanıb atalarının qədimdən bəri əkib-becərdikləri tarlaları qoruyur.

Analarının və arvadlarının dua etdiyi evlərin keşiyində dayandıqlarını görürəm - çünki hər kəsin dua etdiyi vaxtlar olur - yaxınlarının təhlükəsizliyi, qohumlarının, əsgərlərinin, müdafiəçilərinin qayıtması üçün.

Rusiyada həyat mənbəyinin sıxışdırıldığı, insan sevinclərinin hələ də mövcud olduğu, qızların güldüyü və uşaqların oynadığı on min kəndi görürəm ... Bütün bunlara yaxınlaşan dəhşətli bir nasist müharibə maşınını görürəm ... Sərxoş nasist əsgərləri çəyirtkə sürüsü kimi irəliləyir.

Bizim yalnız bir məqsədimiz var. Hitleri və nasist rejiminin bütün izlərini məhv etmək. Bizi bu hədəfdən heç nə yayındırmayacaq. Heç vaxt danışıqlara başlamayacağıq, heç vaxt Hitlerlə və ya dəstəsindən olan hər kəslə danışıq aparmayacağıq. Onunla quruda, dənizdə, havada vuruşacağıq, Allahın köməyi ilə yer üzünün xalqlarını boyunduruğundan qurtaranadək kölgəsini məhv edəcəyik”.
 

Və bu sözlərdən sonra  Çörçilin SSRİ ilə ittifaq barədə qərarını böyük ölçüdə müəyyənləşdirən əsas fikir (əlbəttə, həm də Stalinlə) belədir: "Nasizmlə mübarizə aparan hər hansı bir şəxs və ya dövlət bizdən kömək alacaq”.


Burada, şübhəsiz ki, özünəməxsus bir məntiq var idi. Zəfər Məntiqi.

Çörçillin nazizmi aradan qaldırmaq üçün təyinedici rolu inandırıcı şəkildə sübut olunub. Bu isə şəri cəzalandırmaq üçün görkəmli siyasətçinin zəngin təcrübəsindən xəbər verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

End of content

No more pages to load

RADİO