Ermənistana qarşı qətnamə qəbul olundu

Tehranda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının 13-cü sessiyası başa çatıb.

Oxu.Az xəbər verir ki, sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Xocalı soyqırımına dair qətnamələr qəbul edilib.

Toplantıda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər. Sessiyanın sonunda qəbul edilən yekun kommunikeyə Azərbaycan nümayəndə heyətinin təklifi ilə üç bənd salınıb. Həmin bəndlərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzü pislənilir. Ermənistandan işğalçılıq siyasətinə son qoyması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni yerinə yetirməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur.

Üzv ölkələrin parlamentariləri 1992-ci ildə ermənilərin törətdikləri Xocalı faciəsini də qətiyyətlə pisləyiblər. Bildirilib ki, bu soyqırımı bütün üzv dövlətlər tərəfindən tanınır. Azərbaycanın öz ərazi bütövlüyü və torpaqlarının müdafiəsi uğrunda apardığı siyasət dəstəklənir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən azərbaycanlıların doğma yurd-yuvasına qaytarılması tələb edilir.

Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya, ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi və ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, eləcə də, bu sahədə digər çoxsaylı tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir.

xa0Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs İslam abidələrinin mühafizəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır.

Sözügedən sənəddə bütün üzv dövlətlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Sakinləri cana yığan uğultunun sirri açıldı

Sakinləri cana yığan uğultunun sirri açıldı

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Rza Pəhləvinin İranda silahlı mübarizə üçün ordu yaratmaq ideyası lağa qoyuldu

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

İran müharibəsi Tramp və Netanyahunu necə birləşdirdi və necə ayırdı?

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi - VİDEO

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Yeni BMW i3: Bir şarjla 900 km-dən çox məsafə qət edir

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

Kir Starmer bu tarixdə istefa verəcək?

Kir Starmer bu tarixdə istefa verəcək?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

End of content

No more pages to load

RADİO