Gəncədə evdən meyit tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (Apa.az)
Bizim.Media