Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

ABŞ-nin Los-Anceles şəhərində (The Grand LA kompleksində) dünyanın ilk Süni İntellekt (Sİ) İncəsənət Muzeyi — "Dataland" qapılarını tamaşaçıların üzünə açıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, muzey fəaliyyətinə məşhur media rəssamları Refik Anadol və Efsun Erkilicin imza atdığı "Maşın yuxuları: Yağış meşələri" (Machine Dreams: Rainforest) adlı rəqəmsal və immersiv sərgi ilə başlayıb.
 

Muzeyin mərkəzində yerləşən 360 dərəcəlik nəhəng rəqəmsal kub (Data Pavilion) tamaşaçıları ekzotik flora və faunanın əhatəsinə salır. Buradakı davamlı dəyişən parlaq təsvirlər planetin 16 fərqli yağış meşəsindən real vaxt rejimində gələn 1,2 milyardlıq məlumat seli əsasında formalaşır.


Sistem birbaşa ağacların rütubətini və onların öz aralarında ötürdükləri elektromaqnit siqnalları emal edərək vizuallaşdırır. Sərgi həmçinin meşə, mamır və "elektrik" notlarından ibarət xüsusi qoxu palitrası və musiqi ilə müşayiət olunur.

Muzeyi unikal edən digər məqam onun ziyarətçiləri izləməsidir. Girişdə qonaqlara bədən temperaturunu və nəbzini ölçən ağıllı bilərziklər verilir. Sİ bu göstəricilərə uyğun olaraq məkanı və ətrafa yayılan qoxuları insanın daxili hisslərinə görə adaptasiya edir.
 

Süni intellektin müəllif hüquqlarını pozması ilə bağlı dünyada gedən kəskin müzakirələrə rəğmən, Refik Anadol etik prinsiplərə tam əməl etdiyini bildirib. O, modelin təlimi üçün lazımi məlumatları Google, Nvidia və Smitson İnstitutu ilə rəsmi tərəfdaşlıq çərçivəsində əldə etdiyini və kodların hamı üçün açıq (open-source) olduğunu vurğulayıb.


Mühafizəkar sənət camiası isə hələ də bu növ layihələrə ehtiyatla yanaşır. Los-Anceles və Londonun bir çox məşhur ənənəvi muzeyləri bu açılışla bağlı şərh verməkdən imtina ediblər.

Ekspertlər bunu 2020-ci illərin əvvəllərində NFT bumu və onun qəfil çökməsi ilə yaranan skeptisizmlə əlaqələndirirlər. Sənətşünaslar qeyd edirlər ki, Sİ sadəcə bir alətdir və əsas müəllif onu idarə edən, ideyanı verən insandır. Anadolun bu işi həm də hər il yüzlərlə canlı növünün yox olmasına diqqət çəkən ekoloji mesaj daşıyır.

Bahalı serverlər və ekranlarla təchiz olunmuş muzeyə standart biletlərin qiyməti 49-79 dollar, illik üzvlük isə 350-1500 dollar arasında dəyişir.

Muzeyin suvenirlər mağazası da texnoloji yeniliklərlə diqqət çəkir. Burada satılan köynəklərin üzərindəki printlər və xüsusi ətirlər fərdidir — onlar sizin gəzinti zamanı bilərziyin topladığı biometrik datanız əsasında dərhal hazırlanır. Həmçinin məkandakı "Qualia" adlı robot-manipulyator sizin ürək döyüntülərinizin abstrakt portretini fırça ilə kətan üzərinə köçürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

End of content

No more pages to load

RADİO