Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük azadlıqdan məhrum edilmiş və "Saxalin manyakı" kimi tanınan İqor Dvornikov Rusiya məhkəmələri vasitəsilə dəfələrlə bir neçə milyon rubl dəyərində pul təzminatı almağa cəhd göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat RİA Novosti-nin tanış olduğu məhkəmə sənədlərində yer alıb.

Sənədlərə əsasən, Dvornikov bir neçə il ərzində Federal Cəzaçəkmə Xidmətinə, Saxalin vilayətindəki istintaq təcridxanasına, həmçinin Federal Məhkəmə İcraçıları Xidmətinin regional idarəsinə qarşı iddialar qaldırıb.
 

Məhbus iddialarının birində istintaq təcridxanasında öz cinayət işi üzrə şahidlərlə birlikdə saxlanıldığını iddia edərək 5 milyon rubl (təxminən 92 min manat) təzminat tələb edib. Digər bir ərizəsində isə vəkilin iştirakı olmadan qanunsuz istintaq hərəkətlərinin aparıldığını önə sürərək 1 milyon rubl istəyib.



Onun növbəti iddiaları bank hesabına girişin məhdudlaşdırılmasına görə 500 min rubl və saxlanma şəraitində sanitar qovşaqdan lazımi məxfilik (privatlıq) səviyyəsində istifadə edə bilmədiyi üçün 1 milyon rubl kompensasiya tələbi ilə bağlı olub. Lakin məhkəmələr manyakın bu iddialarının hamısını rədd edib.

Xatırladaq ki, İqor Dvornikov 2020-ci ilin yayında həyat yoldaşı ilə birlikdə 8 yaşlı qıza qarşı ağır cinayət törədib. Onlar uşağı evə aparmaq bəhanəsi ilə avtomobilə mindirərək meşəyə aparıb və orada zorakılıq hərəkətləri etdikdən sonra cinayətin üstünün açılmaması üçün azyaşlını qətlə yetirərək meyitini gizlədiblər.
 

İstintaq zamanı həmçinin Dvornikovun 2011-ci ildə bir Çin vətəndaşını və şəxsiyyəti müəyyən edilməmiş bir qadını öldürdüyü, 2018-ci ildə isə başqa bir yetkinlik yaşına çatmayana qarşı cinsi zorakılıq etdiyi sübuta yetirilib.


Törətdiyi bu dəhşətli cinayətlərə görə Dvornikov xüsusi rejimli islah-əmək kaloniyasında ömürlük azadlıqdan məhrum edilib. Onun cinayət ortaqı olan həyat yoldaşı isə 15 il müddətinə həbs cəzası alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

End of content

No more pages to load

RADİO