Əfqanıstanın paytaxtı Kabildə bir məktəb yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı 85-ə yüksəlib, 150-dən çox adam yaralanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı yerli “Ariana News” telekanalı ikinci vitse-prezident Sarvar Danişin ofisinə istinadən yayıb.
Bundan əvvəl 63 nəfərin öldüyü bildirilmişdi. Medianın verdiyi informasiyaya görə, 8 mayda məktəbin qarşısında bomba yüklü bir avtomobil partlayıb, ardından iki raket hücumu olub.
Partlayışlar tələbələr binadan çıxarkən baş verib, qurbanların əksəriyyəti qızlardır. “Taliban” hərəkatı hücumla bağlılığını inkar edib.
Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban” hərəkatını günahlandırıb. Çərşənbə axşamı hücum qurbanlarına matəm elan edilib.
Bizim.Media