Donald Trampın tərəfdarları Cozef Baydenin irəlidə olduğu Detroitdə səs sayma mərkəzinə basqın ediblər.
Bizim.Media “Haber Global”a istinadən bildirir ki, onlar poçtla verilən səslərin sayılmasını dayandırmağa çalışıblar.
Son məlumatlara görə, Pensilvaniya, Nevada, Arizona, Şimali Karolina və Corciya ştatlarında səs qutusundan kimin adının çıxdığı bəlli deyil.
Bildirilir ki, Arizonada Tramp tərəfdarları siyahıyaalma mərkəzi və bələdiyyə binaları qarşısında toplaşaraq sayımın dayandırılmasına çağırış ediblər. Etirazçıların bəzilərində silah olması diqqət çəkib.
Nümayişlər Ağ Evin yaxınlığında olarkən, Nyu-Yorkdakı Manhettendə qarşıdurmalar güclənib.
Təkcə Manhettendə təxminən 20 nümayişçinin nəzarətə alındığı bildirilir.
Bizim.Media