Sloveniya Baş naziri Yanez Yanşa, seçkinin nəticələrini gözləməyərək Donald Trampı təbrik edib.
Bizim.Media “Euronews”-a istinadən bildirir ki, nazir “Twitter” hesabında Trampa təbrik ünvanlayıb:
“Amerika xalqının növbəti 4 il üçün də Donald Trampı və Mayk Pensi seçəcəyi açıq-aydındır. Seçkinin nəticələri həm gecikir, həm də təhrif olunur. ABŞ tarixindəki rekord nəticələrə görə Respublikaçılar Partiyasını təbrik edirəm.”
O həmçinin qeyd edib ki, ABŞ seçkiləri hazırda dalana dirənib və yüz minlərlə səsin sayılması hələ də davam edir. Əsas əyalətlərdə nəticə bəlli deyil.
Səkinə Yusibli, Bizim.Media