Türkiyənin Hakkari şəhərinin Derecik rayonu ərazisində PKK terrorçuları yol tikintisində işləyən fəhlələrə hücum ediblər.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hakkari valiliyinin açıqlamasına görə, terrorçular fəhlələrin olduğu maşınlara raket və silahlardan atəş açıblar.
Bölgədə başladılan antiterror əməliyyatları nəticəsində 5 nəfər PKK terrorçusu zərərsizləşdirilib.
Bizim.Media