Fransada fəaliyyət göstərən “Bozqurtlar Hərəkatının” fəaliyyəti qadağan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər naziri Gerald Darman Fransa hökumətinin bu gün keçirdiyi Nazirlər Kabinetinin iclasında bildirib.
İclasdan sonra edilən açıqlamada “Bozqurtlar Hərəkatının " qurulduğu gündən bəri şiddətə qarışdığı, Kürd və ermənilərə qarşı fəaliyyət göstərdiyi deyilib.
Gerald Darman ölkənin Decines bölgəsindeki “Erməni soyqırımı abidəsi”nin üzərinə qırmızı boya ilə “Bozqurdlar” yazıldığını qeyd edərək bu şərtlər altında qurupun fəaliyyətinin davam edilməsinə icazə verilməsinin mümkün olmadığnı deyib.
Bizim.Media