Hindistanın Qucarat ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 18 nəfər ölüb.
Bizim.Media Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Bharuç şəhərindəki xəstəxananın COVID-19 pasiyentlərinin yerləşdirildiyi 4-cü mərtəbəsində gecə saat 1:00 radələrində baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər xəstəxananın digər mərtəbələrində olan 50 pasiyenti təxliyə ediblər.
Onlar ilk olaraq 12 nəfərin meyitini aşkarlayıblar. Axtarış işlərinin gedişində daha 6 meyit tapılıb. Onların bəzisi yanğın xəsarətindən, digərləri isə tüstüdən boğularaq ölüb.
Hələlik yanğının nədən baş verdiyi bilinmir.
Bizim.Media