"Judith Leiber" markası "Ulduz müharibələri" filmindəki "R2-D2" robot personajına bənzəyən çantalar hazırlayıb.
Bizim.Media xəbər verir ki, ağ-mavi və 24 karatlıq qızılla örtülmüş çantalar bahalı daş-qaşlardan hazırlanıb. Aksessuarın hər biri üçün 9 min ədəd kristaldan istifadə olunub.
Mayın 4-də satışa çıxarılması hazırlanan çantların dəyəri isə 5495 dollar (təxminən 9 min 341 manat) olacaq.(axsam.az)
Bizim.Media
