Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi saytında məlumat verilib.
“İsrailin şimalında Meron dağında dini bayramı qeyd edərkən sıxlıq nəticəsində çox sayda insanın həyatını itirdiyi kədərlə öyrəndik. Bu faciəli hadisə ilə əlaqədar İsrail xalqına və hökumətinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə qeyd edilib.
Bizim.Media