Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdən sonra dağıntılar arasında aparılan axtarış-xilasetmə işlər başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) açıqlama yayıb.
Açıqlamada dağılmış 17 binanın sonuncusunda axtarışların bu gün səhər saatlarında başa çatdığı qeyd edilib.
Xatırladaq ki, oktyabrın 30-da baş vermiş 6,6 maqnitudalı zəlzələ nəticəsində 114 nəfər həlak olub. 1035 nəfər yaralanıb.
Bizim.Media