Erməni pilotoloqlar prezidentlərin görüşündən ciddi qərarlar gözləmir

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Musavat.com Ermənistan mətbuatına istinadən erməni siyasətçi və politoloqlarının fikir və rəylərini oxuculara təqdim edir.

Ermənistanda bu görüşlə bağlı sürpriz nəticənin, vacib qərarların alınmasını gözləyən azdır. Bunu iqtidarda olan Respublika partiyasının üzvü,

Ermənistan Milli Assambleyasının Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Koryun Nahapetyan jurnalisilərlə söhbəti zamanı ifadə edib.

O, təmas xəttində Azərbaycan tərəfinin aqressiv hərəkətlərinin (?!) görüş üçün yaxşı əsaslar vermədiyni söyləyib.

“Çətin ki yaxın vaxtlarda onlar bu siyasətlərini dəyişsinlər, ancaq istənilən halda biz danışıqların hansı gedişat aldığını gözləməliyik və mümkündür ki, müəyyən sürprizlər olsun”x9d, - Nahapetyan qeyd edib.

Bununla belə, Nahapetyan yaxın vaxtlarda Dağlıq Qarabağa bitişik ərazilərin Azərbaycana qaytarılması barədə danışıqlaırn baş tutmasını qeyri-mümkün hesab edib.

K.Nahapetyan Ermənistanın yenə də sərhəddəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasında israr edəcəyini vurğulayıb.

Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Azərbaycan tərəfinin danışıqlarda diktə edən tərəf kimi özünü göstərməyə çalışdığını bildirib. O, bununla Azərbaycanın Vyana və Sankt-Peterburq danışıqlarında əldə olunan razılaşmalara əməl etmək istəmədiyini deyib.

Ermənistanın hakim Respublika partiyasından digər deputatı, xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan da Nahapetyanın sözlərini təkrarlayıb. O, ATƏT-in müşahidəçi missiyasının rolunun gücləndirilməsini, həmçinin insidentlərin araşdırılması mühitinin qurulmasını istəyəcəklərini söyləyib.

“Təmas xəttində atışmalar davam etdikcə danışıqlar baş tuta bilməz. Ortada bir məsələ var: ya müharibə, ya da danışıqlar. Ermənistan öz sözünün üstündə durmağı bacaralıdır”x9d. Bu sözlər politoloq Ovannes İgityana aiddir.

“Əgər kimsə fikirləşirsə ki, Cenevrədə İlham Əliyev və Serj Sərkisyan problemi nizamlamaq üçün danışıqlar aparcaq, şəxsən mənim belə bir gözləntim yoxdur”x9d, - parlamentin keçmiş deputatı, politoloq Tevan Poqosyan qeyd edib.

Onun sözlərinə görə, bu görüş daha çox ATƏT-n Minsk Qrupunun həmsədrlərinin ricasına yönəlik bir jestdir. Çünki bu görüşlər olmazsa həmsədrlər institutunun da varlığının da bir mənası olmaz.

Tevan Poqosyan görüşdə maksimum Sankt-Peterburq və Vyanadakı görüşlərdə razılaşdırıldığı iddia olunan mexanizmlərin daxil edilməsi müzakirə oluna bilər.

Politoloq Qagik Ambaryan isə Ermənistanın bu görüşdən imtina etməli olduğunu düşünür.

“Mən İlham Əliyev və Serj Sərkisyan arasında görüşlərə qəti surətdə qarşıyam. Azərbaycan tərəfi nə qədər ki insidentlərin araşdırlması mexanizmlərinn tətbiqinə razılaşmayıb bu görüş baş tutmalı deyil. Çünki bu mexanizmlərin münaqişə zonasına daxil olunması bizim üçün çox vacibdir”x9d,- erməni politoloq bildirib.

Ambaryan bu görüşlə Sərkisyanın geri addım atdığını düşünür:

“Bu vaxta qədər əldə olunan razılaşmalara əməl olunmadığı təqdirdə danışıqların mümkünsüzlüyünü söyləyən biz deyildikmi...İnid belə çıxır ki, biz geri addım atırıq. Nə qədər ki gec deyil, Sərkisyan görüşdən imtina etsin”x9d.

Politoloq Soçidə keçiriləcək MDB ölkələrinin sammiti ərəfəsində Azərbaycan tərəfinin yenə də bir erməni əsgərini öldürdüyünü xatırladıb:
“İlham Əliyev Serj Sərkisyanı belə salamlayıb. Bundan başqa, onsuz da gələn ilin aprelində Sərkisyan vəzifəsindən gedir. Qoy görüş barədə gələcək prezident düşünsün”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

End of content

No more pages to load

RADİO