Qəbələ rayon ərazisində qanunsuz fəaliyyət göstərən obyektlər aşkar edilərək sökdürülür və yığışdırılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müvafiq idarə və təşkilatların nümayəndələrindən ibarət komissiya üzvləri belə halları aşkarlamaq məqsədi ilə şəhər ərazisində reydlər keçirib.
Həyata keçirilən tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb.
Obyekt sahibinə xəbərdarlıq olunaraq ərazi boşaldılıb. Verilən məlumatlara görə sakinlərə xatırladılıb ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir. Belə hallar aşkar edildiyi təqdirdə dərhal sökülərək yığışdırılacaq.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu