Dövlət başçıları, parlament sədrləri və xarici işlər nazirləri də daxil olmaqla, bir çox ölkə İranın mərhum ali rəhbəri Əli Xamenei ilə vida mərasimində iştirak etməyə hazır olduqlarını bildiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
"Biz müxtəlif ölkələrin mərasimdə iştirakı ilə bağlı məlumatlar almağa davam edirik. Deyə bilərəm ki, bütün qonşu ölkələrin rəsmi şəxsləri qatılacaqlar. Regiondan kənar ölkələrdən də xeyli sayda iştirakçı olacaq",- deyə diplomat qeyd edib.
Bundan əlavə, Bəqai XİN başçısı Əraqçinin İraqa səfərinin Xameneinin vida mərasiminin müzakirəsi ilə bağlı olduğunu vurğulayıb.
"Bu, İran milləti və region xalqları üçün tarixi və mühüm bir hadisə olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, Xamaneinin iyulun 4-də başlayacaq vida mərasimi ayın 9-dək davam edəcək. Mərasim həm İranın bir neçə şəhərində, həm də İraq ərazisində keçiriləcək.
Bizim.Media