Putinin dünyanı lərzəyə gətirən yeni silahı ”“ Rusiya prezidenti Qərbi necə qorxuya saldı

ABŞ və Avropa ilə ideoloji savaşda rusların əlində daha təsirli “silah”x9d var: “Russia Today”x9d

Azərbaycanın xaricə enerji daşıyıcıları, yaxud pambıq, qoz-fındıq ixracı, yaxşı bilirik, var. Ancaq bu, azdı. Müasir standartlar dəyişib. Ölkənin ixrac potensialında bu gün gərək mütləq bolluca informasiya da olsun. TV mütəxəssisləri buna loru dildə “BBC, yaxud CNN standartı”x9d deyirlər.

Keçək canlı misallara. Rusiyanın Yaxın Şərqdəki son hərbi-siyasi uğurlarını mən ancaq idarəolunan “Kalibr”x9d raketləri ilə izah etməzdim. Məncə, həmin bu uğurları təmin edən səbəblər arasında 24 saat durmadan işləyən, beş-altı dildə efirə çıxan “Russia Today”x9d (qısaca RT) telekanalı da var. Almaniyanın “Tagesspiegel”x9d qəzeti iddia edir: “Rusiya, nəhayət ki, CNN, BBC telesiqnallarına qarşı öz müasir TV modelini yaratdı. Əvvəllər Rusiyanın ixrac potensialı hərbi sursat, enerji daşıyıcıları ilə məhdudlaşırdı. İndi bu siyahıya informasiya ixracı da əlavə edildi. İxracatı, məşhur “Russian Today”x9d telekanalı təmin edir”x9d.

ABŞ Teleradio Şurası sədri Uolter Ayzekson 2010-cu ilin payızında bu telekanalı rəsmi Vaşinqtonun “əsas düşmənləri”x9d sırasına salıb. Qeyd edib: “700 milyon dollar civarındakı illik büdcəmiz artıq bizə bəs etmir. Əleyhimizə təzə telekanallar işə düşüb. Misal üçün, Rusiyanın “RT”x9d telekanalı. Əlavə maliyyəyə ciddi ehtiyacımız var”x9d.

Qərb ilə hərbi qarşıdurmadan çəkinən Rusiya casus müharibələrinə, informasiya savaşlarına əksinə, tam şərait yaradır indi. “RT”x9d ekranlarından ABŞ-a, onun müttəfiqlərinə qarşı 24 saat ərzində bolluca informasiya, dezinformasiya ötürülür.

Vaxti ilə, 20-30-cu illərdə oxşar təbliğat makinasını SSRİ “Kommintern”x9d, beynəlxalq kommunist hərəkatı çərçivəsində yaradıb ABŞ, İngiltərə, Fransa kimi timsahların kürkünə birə salmışdı. Qısa fasilədən sonra həmin “eyni hamam, eyni tas”x9d yenidən var gücüylə işə salınıb. “RT”x9d telekanalının əksər simaları, yadda saxlayın, RF vətəndaşları deyil. Yüksək peşəkarlıqları ilə ad çıxarmış məhz elə Qərb mütəxəssis-jurnalistləridi. Misal üçün, kanalın “RT-Deutsch”x9d versiyasında Alman vətəndaşları-Mariya Yansen, Yasmin Kosubek, hətta türk əsilli Əli Özkök teleaparıcılıq edirlər. Oxşar standart, telekanalın fransız, ingilis, ərəb versiyalarında da uğurla təkrarlanır.

Dünya çapında çox tanınmış simalar, misal üçün canlı əfsanə sayılan Yulian Assanj, öz həftəlik “The World Tomorrow”x9d proqramını məhz RT tezliklərində öz azarkeşlərinə təqdim edir. 11 aprel 2013-cü ildə bu proqram “New York Festivals”x9d müsabiqəsində birincilik qazanıb, yadda saxlayın. 2014-cü ildə isə kanal, “YouTube”x9d-dakı abunəçi sayına görə “Qırmızı düymə”x9d ödülünə layiq görülüb.

“Əslində bizə xaricdə nə azərbaycanpərəst lobbi lazımdı, nə də ki, diaspor təşkilatları. Bu yolda xərclədiyimiz ağlasığmaz milyonlar, hətta milyardlar əvəzinə bircə “Azərbaycan Today”x9d telekanalı açmaq məncə daha sərfəlidir”x9d
Kanalın doğum günü 14 sentyabr 2005-ci ildir. Həmin tarixdə RT-nin belə deyək “ ilk pilot uçuşları”x9d start götürür. 10 dekabr tarixində isə şirkətin telesiqnalı tam rejimdə, ardıcıl olaraq dünya tamaşaçılarının ixtiyarına verilir.

Lakin cəmi iki gün sonra RT siqnalı teleefirdən itir. Yalnız üçcə gün sonra yenidən dirçəlir. Mütəxəssislər sonradan bunu “piar gedişi”x9d elan edirlər.xa0

Deyirlər: “Məhz bu cür ən yeni hiylələr, kələklər RT-nin həmişə bir növ arxa cibindədir. Təzə, hələ xam telekanalların ilk uğurlu addımları adətən bax bu cür at gedişləri ilə bağlı olur”x9d.xa0

RT telekanalı ətrafında sirlər çoxdu. Moskvada bəziləri, kanal barədə söhbət düşərkən keçirlər pıçapıça. Astaca deyirlər: “Şirkət özündən başqa həm də “REN TV”x9d, “5-ci kanal”x9d-ın xəbərlər bloqunu hazırlayır”x9d.xa0

İndi RT telekanalı “Qazprom”x9ddan sonra xaricdə ən tanınmış, ən bərkgedən Rusiya brendidir həm də.

***

Azərbaycanda təəssüf, oxşar BBC, CNN standartlarıyla işləyən, dünya çapında tanınan səviyyəli oxşar bir brend kanal yoxdu. Bir də deyirəm, - yoxxxxduuuu! Belə getsə, heç vaxt da olmayacaq.xa0

Əslində bizə xaricdə nə azərbaycanpərəst lobbi lazımdı, nə də ki, diaspor təşkilatları. Bu yolda xərclədiyimiz ağlasığmaz milyonlar, hətta milyardlar əvəzinə bircə “Azərbaycan Today”x9d telekanalı açmaq məncə daha sərfəlidir. Putin təbliğat makinası “Russia Today”x9d nümunəsində bu müddəanı artıq 12 ildi tam uğurla həyata keçirir.


Azərbaycan telesiqnalının dünyada 60-dan çox yaşı var guya. Ancaq efirimizə baxsan, bunu deməzsən. Azərbaycan telestandartı bu gün xaricdə “ev videosu”x9d kimi tanınır. Gülüş hədəfidir. Səhərdən axşama qədər bizim telekanallar öz efirlərində ad günləri, yas məclisləri, mətbəx verilişləri, həkim-klinika reklamları kimi bayağı, şit səhnələr göstərib bütün dünyada ölkəmizi abırdan salırlar. Dövlət Teleradio Şurası, şəxsən Nuşirəvan Məhərrəmlinin kəskin tənqidləri adətən havada qalır. Özəl TV sahibləri adətən bütün bunları qulaq ardına vururlar. Teleefirdən demək olar, bütün peşəkarlar, sözün əsl mənasında qovulublar. Yerləri ötürülüb həvəskarlara. Misal üçün, mən həmkarım İlhamiyyə Rzayevə ilə birgə Azərbaycan tele-məkanının ən uğurlu beş-altı layihəsinə imza atsam da indi bunun nə xeyri? Televiziya bossları bütün bunlara düşməncəsinə göz yumurlar. Səbəbi aydındı - mütəxəssislərlə işləmək çətindi. Yaxşısı, münasibi həvəskar kadrlardı.xa0

Məncə, indi bütün bu nöqsanlara son qoymağın tam zamanı gəlib çatıb. “Russian Today”x9d, BBC, CNN, “Fox news”x9d standartında yeni bir təbliğat kanalının açılması bir saylı vəzifəmizdi indi.

Rusiya bunu icra etdi. Uddu yaman. Uduzmadı. Növbədə indi bizik.

Söhbətimiz mücərrəd məzmun almasın deyə canlı nümunə olaraq RT telekanalını nümunə göstərirəm sizə.

Əvvəlcə onun erməni əsilli baş redaktoru Marqarita Simonyanla sizləri tanış etmək istəyirəm.

DOSYE: Marqarita Simonyan. 6 aprel 1980-ci il doğumlu Krasnodar ermənisidir. Atası köhnə soyuducu ustası olub, anası gül satıb Krasnodar bazarında. Ailə, Qoqol küçəsindəki qazsız, susuz, kanalizasiyasız bir köhnə, yarıuçuq daxmada yaşayıb bir zaman. İngilis təmayüllü xüsusi məktəbi əla qiymətlərlə bitirdikdən sonra stajer kimi ABŞ-a göndərilib. Bir ara yolunu azıb orda. İstəyib Amerikada qalsın. Arzusu alınmayıb. O vaxtdan ABŞ-a qarşı kin-küdurətinin hüdudu yoxdur.

HƏRBİ JURNALİST: Ermənilərin sevə-sevə “Marqo”x9d adlandırdığı bu qız Rusiyaya qayıdıb təhsilini Kuban Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirir. Görür, Çeçenistandan silsilə reportajlar hazırlamasa, heç... Rusiyada özünə iş tapmayacaq.

Cəbhə reportajları Kremldə bəyənilən bu Marqo az sonra ildırım surəti ilə karyera pilləkanının lap üst nöqtəsinə qalxır. Putin ətrafındakı “jurnalist pulu”x9dna dəvət alıb axır 2005-ci ildə “Russian Today”x9d kanalının direktoru vəzifəsini qazanır.

KULİNAR QIZ: Marqo həm də yazıçıdı guya. Moskvada bir-iki bioqrafik əsərini çap edib. Uşaqlıqda şerlər qələmə alıb. Barəsində ilk reportaj da məhz şairlik istedadı haqdadır. Sonradan Marqonun bu şairliyi qəfil itir. Kulinariya istedadı ilə əvəzlənir. Marqarita 2012-ci ildən “Rus pioneri”x9d jurnalında kulinariya mövzusunu gündəmə gətirir. Aşpaz istedadı sözsüzdü. Jurnalist istedadı da deməzdim yoxdu. Var. Ancaq çox...həddən çox sifarişlidi. Təbii deyil.

AİLƏ VƏZİYYƏTİ: Kulinariya həvəsi, aşpaz istedadı bir müddət istifadəsiz qalan Marqo 2012-ci ildə öz jurnalist həyatından bezir. Qərara gəlir birtəhər öz əsl eşqinə-kulinariyaya qayıtsın. Soçidəki “Jarko!”x9d restoranı dönür Marqaritanın ailə biznesinə. Bu doğma ünvanda axır Simonyanın bəxti də açılır bir gün. O, gizlincə başlayır ailəli Tiqran Kesoyanla - bir başqa Rusiya TV ulduzu ilə görüşməyə. Tiqran, təbii, arvadı Alena Xmelniskiyanı unudur həmin vaxt. 2013-cü ildə “azad ailə”x9dnin ilk körpəsi dünyaya gəlir, 2014-cü ildə bir başqası.

33-CÜ QADIN: 2012-ci ildə keçirilən sorğu nəticəsində Marqarita Simonyan “Rusiyanın ən tanınmış 100 qadını”x9d siyahısında 33-cü yerə layiq görülüb. Sorğu, “RİA Novosti”x9d, “Oqonyok”x9d, “Exo Moskvı”x9d kimi samballı mass-media qurumlarının birgə layihəsidir.

SANKSİYA QURBANI: Ukrayna ərazisinə girişi qəti qadağan olunmuş 49 Rusiya jurnalistinin biri, bəlkə də elə birincisi bax bu Marqo - Marqarita Simonyandır. Barəsindəki qərarı şəxsən Petr Poraşenko imzalayıb.
***

Marqarita Simonyanın bəxt ulduzu bizdə olmadı. Hələ 25 yaşındaykən o, RT kimi bir nəhəngin rəhbər kürsüsündə əyləşdirildi. Rusiya rəhbərliyinin tam etimadını qazanaraq döndü bir saylı Putin təbliğatçısına.

Xaricdəki Rusiya təbliğatının, putinpərəstliyin uğurunu bəziləri həm də məhz bu RT telekanalı ilə əlaqəli bilərlər. Razıyam. Ancaq şəxsən mənə bu iş tapşırılsa, mən onu daha peşəkarcasına edərdim. Oxşar layihəni Azərbaycanda da yarada bilərdim. Ancaq indi bizim kimi peşəkarlar mətbuata lazım deyil. İndi hamı bax bu cür Marqoları, kulinarları axtarırlar. Hesab edirlər ki, efirdə peşəkarlar deyil, həvəskarlar at səyirtməlidir. Guya teletamaşaçı indi məhz buna köklənib.

KANALIN BÜDJƏSİ: RT kanalı RF dövlət xəzinəsindən maliyyələşdirilir. Öz ilk 100 milyon dollarını o RF ciblərindən 2012-ci ildə alıb. Kanal barədə Putinin şəxsi göstərişi mövcuddu. Bir köpəkoğlu belə cürətlənib onun maliyyəsini kəsə bilməz. Beləsinin anında ağzını yırtarlar. Bu, strateji sahədi. Kanalın maliyyə hesabatları şəffaf deyil. Qanuna zidd olaraq mətbuatda çap edilmir. Halbuki RF qanunlarına görə dövlət vəsaitini xərcləyənlər bu barədə öz hesabatlarını vaxtaşırı mətbuat səhifələrində çap etməlidirlər.

ŞİRKƏTDƏ YEYİNTİLƏR: 2014-cü ildə kanalın büdcəsi 445 milyon dollar həcmində olsa da, 2015-ci ildə 236 milyon dollar səviyyəsinə enib. Marqarita Simonyan “Büdcəmizin böyük həcmi telesiqanala xərclənir”x9d ifadəsi, məncə, çox şübhəlidir. Yoxlansa yaxşıdı.


RT-nin MADDİ-TEZNİKİ BAZASI: 2012-ci ilin 16 dekabrında RT telekanalı RF rəhbərliyi tərəfindən yeni ultramüasir bina, üstəlik ən yeni texniki avadanlıqla təmin edilib. Çəkilişlər 6 studiyada aparılır. Üçüncü ölkə tamaşaçıları üçün nəzərdə tutulmuş çəkilişlərdə ən müasir avadanlıqdan istifadə olunmur.xa0
VİDEO MONTAJ PROQRAMI: “Adobe Premiere Pro”x9d.xa0

NƏHƏNG MONİTORLAR: Şirkətdəki “videodivar”x9dlar “Vtron Video Wall”x9d “Christie MicroTiles”x9d markalıdır.

VİRTUAL STUDİYALAR “Vizit”x9d proqramı əsasında işləyir.

KİBERMÜHAFİZƏ: RT telekanalının mavi ekranı müxtəlif haker hücumlarından, DdoS təzyiqindən “Kespersiki”x9d antivirus proqramı ilə qorunur.xa0

REYTİNQİ: Reytinq ölçən beynəlxalq “Nielsen Media Research”x9din hesabatlarında deyilir: 2009-cu il noyabr ayında bu kanal praym-taym zamanı Vaşinqtonda ən çox izlənən kanal olub.

ACI NƏTİCƏ: Ölkələrin ərazisi təkcə elə coğrafi konturlar ilə məhdud deyil. Ölkələrin virtual əraziləri də olmalıdır. Rusiyanın belə virtual ərazisini gözümüzün qarşısında “Russian Today”x9d telekanalı bir xeyli genişləndirdi. Azərbaycanın virtual ərazisi isə tam əksinə - yerli telekanalların, informasiya agentliklərinin yarıtmaz fəaliyyəti nəticəsində durmadan kiçilir, vallah.

Dərdinizin əlacı, yalnız peşəkarlardı. Ancaq neynək, bizim telekanallar həvəskarları sevir, nəinki peşəkarları. Belələri, inanın, çox böyük məmnuniyyətlə gedib Simonyanların yanında ələkçinin qıl verəni işləyər. Ancaq peşəkarların ətəyində heç vaxt öz peşəkar namazlarını qılmazlar. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Putin Trampı Rusiyaya səfərə dəvət etdi -1 saat 25 dəqiqə TELEFON DANIŞIĞI

Putin Trampı Rusiyaya səfərə dəvət etdi -1 saat 25 dəqiqə TELEFON DANIŞIĞI

DİM bü gün daha bir imtahan keçirəcək

DİM bü gün daha bir imtahan keçirəcək

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı var

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

End of content

No more pages to load

RADİO