Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı cəbhədəki mövcud vəziyyət və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici əhəmiyyətə malik olacaq.
Volodimir Zelenski, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti ilə NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam etdirmək barədə razılığa gəlib.
Bizim.Media