Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib

Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlərin Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.

Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna da ziddir. Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlar və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosekin söylədiyi fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir.

Məktubun mətnində deyilir:

“Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20 % ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur”.

Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.

Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi sənayedə "ukrayna sürəti": NATO ölkələri Kiyevin təcrübəsindən nəyi öyrənir? - FOTO

Hərbi sənayedə "ukrayna sürəti": NATO ölkələri Kiyevin təcrübəsindən nəyi öyrənir? - FOTO

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Atəşfəşanlıq zamanı Nyu-Yorkun məşhur körpüsündə yanğın oldu - VİDEO

Atəşfəşanlıq zamanı Nyu-Yorkun məşhur körpüsündə yanğın oldu - VİDEO

AZAL-dan Naxçıvan reysləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

AZAL-dan Naxçıvan reysləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

Basketbol millimiz bu gün İrlandiya ilə üz-üzə gələcək

Basketbol millimiz bu gün İrlandiya ilə üz-üzə gələcək

ABŞ-ın 250 illik yubileyinə atəşfəşanlıq şousu ilə yekun vuruldu - VİDEO

ABŞ-ın 250 illik yubileyinə atəşfəşanlıq şousu ilə yekun vuruldu - VİDEO

İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

Rusiya Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsini məhv etdi - VİDEO

Rusiya Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsini məhv etdi - VİDEO

DÇ-2026: Braziliya və İngiltərə növbəti mərhələyə adlaya biləcəkmi?

DÇ-2026: Braziliya və İngiltərə növbəti mərhələyə adlaya biləcəkmi?

SON DƏQİQƏ: Xaçmaz rayonunda zəlzələ oldu

SON DƏQİQƏ: Xaçmaz rayonunda zəlzələ oldu

Tükiyənin 5 regionunda SARI xəbərdarlıq

Tükiyənin 5 regionunda SARI xəbərdarlıq

Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

Yevlaxda ağır qəza: Sürücü belə xilas edildi - VİDEO

Yevlaxda ağır qəza: Sürücü belə xilas edildi - VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Venesuelada zəlzələdə ölənlərin sayı 2954 nəfərə çatdı

Putin Trampı Rusiyaya səfərə dəvət etdi - 85 dəqiqəlik kritik danışıq

Putin Trampı Rusiyaya səfərə dəvət etdi - 85 dəqiqəlik kritik danışıq

DİM bü gün daha bir imtahan keçirəcək

DİM bü gün daha bir imtahan keçirəcək

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

DÇ-2026: Fransa 1/4 finala yüksəldi - VİDEO

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Zelenski Trampla razılığa gəldi -Ankarada müzakirə edəcəklər

Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı var

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

Qonşu ölkədə 1-ci siniflər ingilis dili öyrənməyəcək

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

İşlənmiş avtomobil alarkən nələrə diqqət yetirmək lazımdır?

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

End of content

No more pages to load

RADİO