Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pul yığmaq gələcək planları reallaşdırmağın ilk addımıdır. Bəs qısa müddətli yığılan pullar əlavə gəlir də qazandıra bilərmi? Birbank Yığım hesabı ilə toplanan vəsait hər gün hesablanan faizlər hesabına artır. Beləliklə, gələcək planlar üçün ayırılan vəsait sadəcə kənarda qalmır, sahibinə əlavə gəlir də gətirir.

Belə ki, Birbank Yığım hesabındakı vəsaitə illik 7%, ABŞ dolları ilə isə 2,5% gəlir hesablanır. Məhsulun əsas üstünlüklərindən biri də hesablanan faizlərin hər gün balansa əlavə edilməsidir. Bu isə yalnız əsas məbləğin deyil, əvvəlki günlərdə qazanılan faizlərin də növbəti günlərdə gəlir gətirməsi deməkdir. Nəticədə hesabdakı vəsait gündəlik olaraq artmağa davam edir.

Yığım hesabı istifadəçilərə vəsaitlərini tam sərbəst idarə etmək imkanı da yaradır. Hesabı minimum 0 AZN və ya 0 ABŞ dolları ilə açmaq, istənilən vaxt vəsait əlavə etmək, eləcə də qazanılmış faizləri itirmədən ehtiyac yarandıqda hesabdan pul çıxarmaq mümkündür. Bütün əməliyyatlar Birbank mobil tətbiqi vasitəsilə bir neçə dəqiqə ərzində həyata keçirilir və hesabı istənilən vaxt rahat şəkildə izləmək olur. 

Yığım hesabı gələcək planları üçün sistemli şəkildə vəsait toplamaq istəyənlər, eləcə də yığımlarının hər gün əlavə gəlir gətirməsini arzulayanlar üçün əlverişli seçimdir. İstər səyahət, təhsil, avtomobil və ya mənzil almaq məqsədilə yığım edənlər, istərsə də vəsaitini qısa müddətdə dəyərləndirmək istəyənlər bu məhsuldan rahatlıqla yararlana bilərlər. 

Ətraflı məlumat üçün link: //www.b-b.az/svngbs 

Yığım hesabını Birbank mobil tətbiqində “Əmanətlər” bölməsindən “Yığım hesabı aç” seçimi ilə və ya ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq asanlıqla açmaq mümkündür.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət etdi – FOTO/VİDEO

İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət etdi – FOTO/VİDEO

Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü

Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü

İllik 8,5 milyon qazanır, 8 minlik avtomobil sürür

İllik 8,5 milyon qazanır, 8 minlik avtomobil sürür

Azərbaycanın Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağına çevrilməsi ŞƏT məkanında da mövqeyini gücləndirir

Azərbaycanın Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağına çevrilməsi ŞƏT məkanında da mövqeyini gücləndirir

Ufa-Antalya reysi ilə uçan təyyarə Kayseridə təcili eniş etdi

Ufa-Antalya reysi ilə uçan təyyarə Kayseridə təcili eniş etdi

End of content

No more pages to load

RADİO