Donald Tramp sesvermə prossesinin gedişatından məmnundur. Bizim.Media xəbər verir ki, o, öz çıxışında qeyd edib ki, mənə məlumat veriblər ki, vəziyyət çox yaxşıdır:
“Floridada vəziyyət xeyrimizə xeyli dəyişib. Arizona, Texasda da respublikaçılar irəlidədir. Eşitdim ki, biz hər yerdə çox üstünlük nümayiş etdiririk”.
O, ölkə vətəndaşlarını partiyalar arasındakı qarşıdurmanı aradan qaldırmağa və birləşməyə çağırıb: “Həqiqətən inanılmaz bir birlik müşahidə olunur, bunu heç kim heç vaxt görməyib ", - deyə əlavə edib.
Trampın çıxışı ABŞ televiziya kanalları tərəfindən canlı yayımlanıb.
Bizim.Media