Tahir Budaqov: “Türk dünyasında həmrəyliyin güclənməsi bəzi dairələri ciddi narahat edir” – FOTO 

Türk dünyasında həmrəyliyin güclənməsi bəzi dairələri ciddi narahat edir.

Bizim.Media bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov III Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə görüşdə deyib.

Forumun önəmindən bəhs edən Z.Sırakaya YAP nümayəndə heyətinin səfərinin və Forumda yüksək səviyyədə iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP sədri İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibətilə təbriklərini çatdıran Z.Sırakaya bu qalibiyyətin Azərbaycan dövlətinin və regionun, eləcə də Türk dünyasının gələcək taleyi baxımından böyük önəmə malik olduğunu qeyd edib.

İki ölkə arasında əlaqələrin ən yüksək zirvədə olduğunu diqqətə çatdıran Z.Sırakaya “Hər zaman iftixarla qeyd edirik ki, Azərbaycan ilə Türkiyə daim bir-birinin yanındadır. Bu birlik xalqlarımızın qürur mənbəyi, dövlətlərimizin isə milli gücüdür”,-deyə vurğulayıb. Öz ərazi bütovlüyünü və suverenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini qeyd edən Zafer Sırakaya ölkəmizə qarşı bəzi qərəzli dairələrin, o cümlədən AŞPA-nın qeyri-obyektiv mövqeyinin qəbuledilməz olduğunu söyləyib.

AK Parti Sədrinin müavini Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəfləndiyini qeyd edib.

İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin çox önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran Zafer Sırakaya “AK Parti YAP ilə işbirliyinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlərimiz isə ikitərəfli münasibətlərimizin inkişafı baxımından olduqca vacibdir” ,- deyə bildirib.

O, 2023-cü ilin dekabr ayında AK Parti nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. AK Parti sədrinin xarici əlaqələr üzrə müavini bildirib ki, YAP ilə AK Parti ortaq hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərirlər və qarşıda duran bütün məqsədləri gerçəkləşdirmək əzmindədirlər.

Səmimi təbrikə və yüksək diqqətə görə təşəkkürünü bildirən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “bir millət, iki dövlət” prinsipinə və dostluğa, qardaşlığa, strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin əsrlərin sınağından şərəflə çıxdığını və dünyada nümunəvi xarakter daşıdığını vurğulayıb. O, dövlət başçısı İlham Əliyevin Zəfər seçkilərindən sonra ilk rəsmi səfərini məhz Türkiyə Respublikasına gerçəkləşdirməsinin bu reallığın daha bir bariz nümunəsi olduğunu bildirib.
YAP sədrinin müavini Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində Türk dünyasında həmrəyliyin güclənməsinin bəzi dairələri ciddi narahat etdiyini, ölkələrimizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləndiyini bildirib. O, belə cəhdlərin istər Azərbaycanın, istərsə də Türkiyənin müstəqil və prinsipial siyasətinə təsir göstərə bilməyəcəyini vurğulayaraq iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədiklərini qeyd edib.

T.Budaqov söyləyib ki, Azərbaycan-Türkiyə birliyinin güclənməsində iqtidar partiyaları arasında münasibətlərin mühüm rolu var. 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdıran YAP sədrinin müavini qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu prosesə töhfə verdiyini söyləyib.
YAP sədrinin müavini Antalya Diplomatiya Forumunun mötəbər beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olduğunu vurğulayaraq Forumun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

End of content

No more pages to load

RADİO