Avropanın fobiyası REALLAŞIR – ABŞ Aİ-ni Rusiya ilə üz-üzə buraxacaq

Rusiyanın Ukrayna cəbhəsində son uğurlu əməliyyatları Qərbi küncə sıxışdırıb. Sıxışmış vəziyyətdə qalan Qərbsə Rusiyanın uğurlarına görə ABŞ-ı qınayır.  

Qərbdə parçalanma

Məsələn, NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına açıqlamasında bildirib ki, Kanada və Avropa müttəfiqlərinin əhəmiyyətli dəstəyinə baxmayaraq, ABŞ-ın yardımı Ukrayna üçün həyati əhəmiyyət kəsb edir:
 

MÖVZU İLƏ BAĞLI:

NATO-nun baş katibi ABŞ-ı Avdeyevkanın Rusiyaya təslim edilməsində günahkar HESAB EDİR


“ABŞ-ın həll yolunun olmaması artıq döyüş meydanına öz təsirini göstərib. Onlar cəbhə xəttindəki qoşunların aldığı döyüş sursatı miqdarını məhdudlaşdırır, bu da ukraynalıların ölkəni müdafiə etməsini xeyli çətinləşdirir. Biz Ukrayna qoşunlarının təslim olduğu Avdeyevkada bunun şahidi olduq”.

Estoniya müdafiə naziri Hanno Pevkur də dünənki açıqlamasında ABŞ-ı qınayıb:

“Hazırda ABŞ-ın geri çəkiləcəyi təqdirdə Avropanın Ukraynaya dəstəyinin daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılır. Avropa ABŞ-ın hərbi dəstəyini əvəz edə bilməyəcək”.

Avropa ABŞ-dan nə istəyir?

Ümumiyyətlə, son günlər Avropa ölkələri açıq şəkildə ABŞ-ın üzərinə gedir. Bu da təsadüfi deyil. Çünki Ukraynanı Rusiyaya qarşı müharibəyə təşviq edən əsas ölkə ABŞ idi.  Vaşinqton Ukraynanı təkcə təşviq etmirdi, həm də güclü maliyyə yardımı edirdi. Son iki ildə ABŞ Ukraynaya 150 milyard dollar yaxın yardım ayırıb. 

Amma bu yardımın 60 milyard dolları hələ “ilişib qalıb”. Səbəbsə odur ki, Konqes yardım paketini hələ təsdiq etməyib. Ona görə də son aylar ABŞ praktiki olaraq Ukraynaya heç bir yardım edə bilmir. Nəzərə alaq ki, bu gün Ukrayna üçün əsas donor da məhz ABŞ-dır. İkinci yerdə isə Avropa İttifaqı gəlir. Aİ müharibə başlayandan bu yana Ukraynaya 130 milyard avro yardım ayırıb. Ümumilikdə isə son iki ildə Ukrayna xarici dövlətlərdən 300 milyard dollardan artıq yardım alıb. 

Lakin bu qədər yardım müqabilində Ukrayna cəbhə bölgəsində son bir il ərzində uğurlu əməliyyatla yadda qalmayıb. Ən yaxşı halda Rusiyanın genişmiqyaslı hücumunu ləngidib. Amma Ukrayna son günlər bunu da bacarmır. Avdeyevkadan sonra ruslar daha bir neçə məntəqəyə nəzarəti ələ keçirib. Bu azmış kimi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ötən həftə bəyan etdi ki, ən yaxın zamanlarda Kiyevə nəzarət Rusiyaya keçə bilər:

“Çünki, Kiyev qədim rus şəhəridir”.

Bu tip bəyanatlar fonunda rusların cəbhə bölgəsində qazandığı üstünlük Qərbi əməlli-başlı təşvişə salıb. Ona görə də hər kəs günahkar ovuna çıxıb. Günahkar kimi isə çoxları ABŞ-ı görür.

Bəs, bu ittihamlar ABŞ-ı nə qədər narahat edir?

Reallıqdan çıxış etsək, əminliklə deyə bilərik ki, ABŞ-da vəziyyət “ruscadır”. Çünki seçki ili olduğu üçün heç kim heç kimin “ərizəsini oxumur”. Bütün diqqət növbəti seçkilərə yönəlib. 

Ən maraqlısı odur ki, ABŞ-dakı müxalifət Ukraynaya yardımın dayandırılmasının tərəfdarıdır. Respublikaçılar nəinki Ukraynaya, hətta hər hansı bir ölkəyə maliyyə yardım edilməsinin əleyhinədir. Onlar üçün prioritet ölkənin daxili problemləridir. Məhz bu səbəbə görə ilkin sorğularda Respublikaçıların əsas namizədi Donald Tramp Demokrat Co Baydeni böyük fərqlə üstələyir. 

Nəzərə alaq ki, 2024-cü il üçün Ağ Ev 100 milyard dollar yaxın xarici yardım paketi hazırlayıb. Bunun da 60 milyardı Ukrayna üçündür. Yəqin ki, bu Vaşinqtonun Ukraynaya ən böyük yardımı olacaq. Çünki Demokratların qarşıdakı seçkilərdə uduzması qaçılmaz kimi görünür. Əgər Respublikaçılar payızda qalib gəlsələr, onda mənzərə ən azı 90 dərəcə dəyişəcək. 

Aİ-nin qorxduğu fakt

Avropa dövlətləri narahatdır ki, seçkilərdən sonra Ağ Evin yeni sahibləri Ukrayna məsələsinə barmaqarası baxsınlar. Bundan isə ən böyük zərər görən Avropa olacaq. Çünki ABŞ dəstəyini geri çəkəcəyi təqdirdə Aİ təkbaşına Rusiyanın qabağında dayana bilməyəcək. Bu hesaba da Aİ ölkələri təkcə Ukraynaya “yatırdıqları” milyardları yox, həm də öz iqtisadi müstəqilliklərini itirəcəklər. 

Ona görə də Avropa dövlətləri çalışır ki, yaxın aylarda Ukraynanın uğuruna təminat yaratsınlar. Təsadüfi deyil ki, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borell ötən həftə bildirmişdi ki, yaxın 3 ayda Ukrayna-Rusiya cəbhəsində müsbət dönüş yaranmasa, Avropa “qorxunc yay”la qarşılaşmalı olacaq.

Məlumdur ki, bu ilin yayında Avropa təsisatlarına yeni seçkilər keçiriləcək. Bu dəfəki seçkilərdə isə favorit kimi sağçılar görünür. Ona görə də Ukraynadakı növbəti uğursuzluq təkcə ABŞ-dakı Demokratların yox, həm də Avropadakı solçuların sonunu gətirəcək. 
Nəzərə alaq ki, 2 il ərzində cəbhə bölgəsində dönüş yarada bilməyən Qərbin yaxın 2 ayda dönüş yarada biləcəyi heç də inandırıcı gəlmir. Ona görə də Qərbdə bu yay çox “qızmar” keçəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

Bakıda motoxuliqanlıq edib görüntülərini paylaşan şəxs həbs olundu - VİDEO

End of content

No more pages to load

RADİO