Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa yoluxmuş şəxslə ünsiyyətdən sonra özünü təcrid edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində bildirib.
Baş direktorun sözlərinə görə, onun ünsiyyətdə olduğu şəxsin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
“Özümü yaxşı hiss edirəm, simptomlar yoxdur, amma yaxın günlərdə ÜST-ün protokollarına uyğun olaraq özümü təcrid edəcəyəm və evdən işləmək niyyətindəyəm”, - deyə ÜST-ün rəhbəri qeyd edib.
Qurumun rəhbəri koronavirusla mübarizədə bütün tələbləri dəqiq şəkildə yerinə yetirməyin zəruriliyini də vurğulayıb.
Bizim.Media