“Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları” fənni çərçivəsində Rusiyanın orta məktəb şagirdlərində “kütləvi qırğın silahlarının döyüş xassələri və zərərverici təsirləri, habelə onlardan qorunma üsulları” öyrədilir.
Bizim.Media “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu məqam Təhsil Nazirliyi tərəfindən təsdiq edilən nizam-intizam proqramında öz əksini tapıb.
Hansı ki 2024-cü il sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.
Bundan əlavə, məktəblilərə pilotsuz uçuş aparatlarından və dəniz pilotsuz aparatlarından istifadənin əsasları öyrədiləcək.
Bizim.Media