Qazaxıstanın Akmola vilayətində məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sürücü ötmə zamanı qarşıdan gələn zolağa çıxıb və minik avtomobili ilə toqquşub.
Mikroavtobusun 62 yaşlı sürücüsü hadisə yerində ölüb. Həmçinin qəza nəticəsində avtobusda olan 15 nəfər yaralanıb.
Qazaxıstan telekanalı xəbər verir ki, qəzada minik avtomobilinin sürücüsü də ölüb.
Bizim.Media