Qazaxıstan Prezdenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncama imza atıb.
Qazaxıstan hökumətinin hansı səbəbdən istefaya göndərildiyi açıqlanmayıb.
Məlumata görə, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.
Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.
Digər sərəncamla Tokayev öz köməkçisi Yerlan Karini Qazaxıstanın dövlət katibi təyin edib. Krımbek Kuşerbayev bu vəzifədən azad edilib.
Prezident administrasiyası rəhbərinin müavini vəzifəsində çalışmış Murat Nurtleu isə respublikanın Milli Təhlükəsizlik Komitəsinin sədri olub.
Bizim.Media