Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Xəbər” məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər əsir mübadiləsi və Qəzzada baş verən son hadisələri müzakirə ediblər.
Bizim.Media