Türkiyədə “Tayfun” ballistik raketinin, TRG(L)-230 artilleriya raketinin, “SUNGUR” zenit raketinin və qısa mənzilli tank əleyhinə KARAOK raketinin kütləvi istehsalına dair qərar qəbul edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi İdarəsində yerüstü raket sistemləri üçün müqavilə imzalanma mərasimi keçirilib.
Müqaviləyə əsasən, istehsal prosesinin 2028-ci ilə qədər davam edəcəyi gözlənilir.
Bizim.Media