“Finlandiya yaxın gələcəkdə Rusiya ilə sərhədlərini açmağı planlaşdırmır”.
Bizim.Media xəbər verir ki, bunu baş nazir Petteri Orpo bildirib.
Onun sözlərinə görə, şərq sərhədində vəziyyət ciddi və həyəcanverici olaraq qalır, çünki orada "məqsədi Finlandiyaya qanunsuz daxil olmaq olan" minlərlə insan var.
Qeyd edək ki, yanvar ayında Finlandiya hökuməti Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanmasını fevralın 11-dək uzadıb.
Bizim.Media