İraqın baş naziri Əl-Sudani bütün ölkə ərazisində üç günlük ümumi matəm elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə KİV məlumat yayıb.
Məlumata görə, ABŞ-ın zərbələri nəticəsində həlak olanların xatirəsinə üç günlük ümummilli matəm elan edib. Ölkənin bütün dövlət idarə və müəssisələrində qeyri-iş günü elan edilib.
Qeyd edək ki, fevralın 3-nə keçən gecə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Suriya və İraqda 85 hədəfə hava zərbələri endirib. Hava zərbələri nəticəsində ölənlərin sayı 39-a yüksəlib.
Bizim.Media