ABŞ silahlı qüvvələri buraxılmağa hazır olan dörd Husi pilotsuz təyyarəsini zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı bəyanat yayıb.
“ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində PUA-lar aşkar edib və onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün dərhal təhlükə yaratdığını müəyyən edib.
Daha sonra ABŞ qüvvələri özünümüdafiə məqsədi ilə PUA-nı vuraraq məhv edib”, - deyə bəyanatda qeyd edilib.
Bizim.Media