ABŞ-ın İraqdakı müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı İraq XİN bəyanat yayıb.
Bəyanata əsasən, diplomata İraq ərazisinə endirilən zərbələrə görə etiraz notası təqdim edilib:
“Amerikanın İraqın mülki və hərbi obyektlərinə qarşı təcavüzünə etiraz olaraq Xarici İşlər Nazirliyi ABŞ-nin Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilini rəsmi etiraz notası təqdim etmək üçün nazirliyə çağırıb”.
Bizim.Media