İraqda Türkiyə ordusunun əsgəri şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, İraqın şimalında PKK terrorçularının açdığı atəşi nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.
Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalındakı Kandil vilayətində PKK terrorçularına qarşı əməliyyat keçirib.
Həyata keçirilən hava əməliyyatı zamanı 2 PKK terrorçusu zərərsizləşdirilib.
Bizim.Media