ABŞ-dan İrana SƏRT CAVAB – Region böyük savaşa SÜRÜKLƏNİR?

Artıq ABŞ Iranin Suriya və İraqdakı mövqelərinə zərbələr endirməyə başlayıb. Ağ ev bu gün İraq və Suriyada 85 hədəfi vurduğunu açıqlayıb. Açıqlamada hücumlarda ABŞ-dan havaya qalxan uzaqmənzilli bombardmançıların da iştirak etdiyi və 125-dən çox idarə olunan bombanın istifadə edildiyi bildirilib. Qeyd olunub ki, Yaxın Şərqdə İrana bağlı proksi qüvvələrin komanda-idarə mərkəzləri və pilotsuz uçuş aparatları məhv edilib.

Birləşmiş Ştatların bu addımı İranın proksi qüvvələrinin İordaniya ilə Suriya sərhədindəki ABŞ bazasına hücumu fonunda gözlənilən idi.

Qeyd edək ki, yanvarın 27-də baş verən həmin terror aktı zamanı 3 ABŞ əsgəri həlak olub, 45 isə yaralanıb. ABŞ Prezidenti Bayden isə bir neçə gün əvvəl İrana bağlı qüvvələrə zərbələr endiriləcəyini bəyan etdi.Artıq görünən odur ki, Vaşinqton bəyanatlar verməkdən əməli addımlara keçib.

Bundan sonra bölgədə nələr baş verəcək?

Mövzu ilə  bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, ABŞ-la İran arasında lokal qarşıdurmalar hələ davam edəcək, amma bu vəziyyət böyük çaplı müharibəyə gətirib çıxarmayacaq:

“Hazırda İranın proksi qüvvələri və husilər Qırmızı dəniz ətrafında beynəlxalq birliyə ciddi maneələr törədir. Yəməndə husilərin, Livanda proksi İran qüvvəsi olan “Hizbullah”ın təxribatları nəticə etibarı ilə dünya iqtisadiyyatı və ticarətinə ciddi neqativ təsirlər göstərir.

Qərbin bu müstəvidə etdiyi bütün xəbərdarlıqlara baxmayaraq, İran tərəfindən bu hücumların dayandırılması ilə bağlı hələlik konkret addımları da müşahidə etmirik. Bu da nəticə etibarı ilə İraq və Suriya ərazisindən İrana bağlı qüvvələrin təxribatlarının daha da genişlənməsinə səbəb olur.

Belə olan vəziyyətdə İranla ABŞ və kollektiv Qərb arasında qarşıdurma arealının daha da genişlənməsi riskləri ortaya çıxır.

İndiki məqamda ABŞ-la İranın birbaşa böyük qarşıdurmaya gedəcəklərini istisna edirəm. Çünki başı seçkilərə qarışan Vaşinqton indiki dönəmdə İranla qarşıdurmaya getmək istəmir. Nə də İran ABŞ-ın başçılığı altında olan koalisiya ilə qarşı-qarşıya durmaq potensialına malik deyil. Amma lokal səviyyədə “Hizbullah”ın hücumları, husilərin təxribatları, proksi qüvvələrin müəyyən provokasiyaları baş verə bilər”.

Bunlar baş verdikcə isə həmsöhbətimiz qeyd edir ki, ABŞ və müttəfiqləri üçün İran və Suriyada Tehranın maraqlarına hücum etmək bəhanəsi yaranacaq:

“Bu tip kiçik qarşıdurmalar hələ davam edəcək. Hətta cari il ərzində bu cür qarşıdurmaların müəyyən dövrdə güclənməsi ehtimalı da böyükdür. İsrail HƏMAS qarşıdurmasında da müsbət tendensiyalar gözlənilmir. Bir sözlə, ABŞ-la İran arasında lokal qarşıdurmalar davam edəcək, amma böyük çaplı müharibəni istisna edirəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO