ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində iranpərəst silahlı qruplaşmaların mövqelərinə dörd silsilə hava zərbəsi endirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 13 nəfər ölüb.
Bombardmanlar səhra Mayadin rayonunda və İraqla sərhədə yaxın Əbu Kamal şəhərinin şərqindəki obyektləri hədəf alıb.
ABŞ həmçinin İraqda iranpərəst qrupların sərhədyanı Əl-Qaim şəhəri yaxınlığındakı məntəqələrinə də hücum edib.
Nuranə Daxilqızı, Bizim.Media