Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, tərəflər İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər.
Ərdoğan NATO-ya üzv olduqdan sonra İsveçin müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə inandığını bildirib.
Telefon danışığı zamanı, həmçinin terrorla mübarizə Türkiyə-İsveç münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.
Bizim.Media