İsraillə Fələstin arasında Qəzza zolağında baş verən qarşıdurma nəticəsində 27 019 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki,bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 66 min 139 fələstinli yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media