ABŞ Prezidenti Cozef Bayden İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bayden hücumda təqsirləndirilən 4 israilli köçkünü sanksiya siyahısına salıb. Sanksiyaya əsasən həmin fiziki şəxslərin ABŞ-dakı bütün əmlakları və digər aktivlərinə çıxışları bloklanacaq.
"Bu davranışlar ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaradır", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Bizim.Media