İsrail Hərbi Şurası ölkənin Müdafiə Nazirliyinin qərargahında təcili iclas keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, iclasın ardınca HƏMAS qruplaşması ilə əsirlərin mübadilə razılaşmasını müzakirə etmək üçün nazirlər şurası toplanacaq.
Qeyd edək ki, bir qədər əvvəl Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında Qəzzada atəşkəsin tətbiqi ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlayıb.
Bizim.Media