Ukrayna yeni ƏKS-HÜCUM HAZIRLIĞINDA – Kiyevin müqavimət göstərməyə GÜCÜ QALIB?

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.

“Biz hərəkətə keçirik. Rusiya ordusunun hücumu bitib, növbə bizimdir”, – deyə Budanov “The Telegraph”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri tükənəcək və yazın əvvəlinə hücum əməliyyatları keçirə bilməyəcək.

Qeyd edək ki, 2023-cü ilin yayında Ukraynanın həyata keçirdiyi əks-hücum əməliyyatı uğursuzluğa düçar olub. Ukrayna qoşunları döyüş meydanında ciddi irəliləyiş əldə edə bilməyib.

Bundan sonra ABŞ Ukraynaya strateji müdafiəyə keçməyi və diqqətini işğal olunmuş torpaqları qaytarmağa deyil, Rusiyanın yeni hücumlarını dəf etməyə yönəltməyi təklif edib.

Bu fonda isə ABŞ və Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi məsələsində problemlər yaşanır. ABŞ Konqresi və Aİ-nin bəzi dövlətləri Kiyevə maliyyə dəstəyinin verilməsinə qarşı çıxır. Belə bir vəziyyətdə son zamanlar Ukraynaya edilən yardımlar da azalır. Yeni yardımların olub-olmayacağı isə hələ də sual altındadır.

Qərbin yardımları azaldığı bir vaxtda Ukraynanın yeni hücuma başlaması nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı xülyadan, dezinformasiyadan başqa bir şey deyil:

“Hələ 2023-cü ilin yanvar-fevral aylarında Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəis müavini Kiyevin həmin ilin yazında əks-hücuma keçəcəyini bəyan etmişdi. Növbəti dəfə Ukrayna rəsmiləri cari ilin yazında əks-hücuma keçəcəklərini bəyan edirlər. Ukraynanın əks-hücum əməliyyatı xülyadan, dezinformasiyadan başqa bir şey deyil. Əks-hücum əməliyyatı həyata keçirmək istəyən ölkə əvvəlcə özündə olan mövcud problemləri həll etməlidir.

Nəzərə alaq ki, ABŞ və Avropa artıq Ukraynaya 2022-ci ildə olan hərbi, hərbi-texniki dəstəyi göstərmir. Yazın gəlişinə iki ay qalıb. Bu müddətdə ordunun əks-hücuma bu miqyasda hazırlanması mümkünsüzdür. Cəbhə xətti 1000-1200 km-lik bir ərazini əhatə edir.

Rusiyanın Ukraynadakı ordusunun şəxsi heyətinin sayı 1,5 milyondan az deyil. Rusiya Ukraynaya yüngül və manevr imkanlı texnikaları deyil, artıq yerüstü əməliyyatların sürətlə həyata keçirilməsi üçün özü yeriyən artileriya qurğuları, reaktiv yaylım atəş sistemləri, “Smerç”, “TOS-A1 kimi silahları yerləşdirib. Hansı ki bu silahların da 90 faizi hücum təyinatlı silahlardır”.

“Əks hücum lokal xarakterli ola bilər”

Ekspert deyir ki, Ukrayna əks-hücum əməliyyatı keçirsə də, bu yalnız lokal, müəyyən istiqamətlərdə kiçik mövqe xarakterli əməliyyatlar olacaq:

“Bu isə müharibənin taleyini dəyişə bilməyəcək. Prezident seçkilərindən sonra Rusiya məsələ ilə bağlı konkret nöqtə qoymaq qərarındadır. Ya Zelenski verdiyi qərarı dəyişərək, danışıqlara gələcək, ya da Moskvanın hücum əməliyyatı artacaq, Xarkov və Odessa ətrafında məqsədinə çatmağa cəhd edəcək.

Qərb Ukraynaya hücum təyinatlı fundamental silahları vermir. Bu isə o deməkdir ki, onlar sadəcə Ukraynada Əfqanıstan layihəsini həyata keçirmək istəyir. Lakin Rusiyanın bu məsələdə tələyə düşəcəyini düşünmürəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO