Qadın sürücü naviqatora etibar edərək piyadalar üçün nəzərdə tutulmuş asma körpünün üzərinə çıxıb.
Bizim.Media xəbər verir ki, hadisə Tailandda baş verib. Asma körpünün üzərində olan avtomobili əvvəlcə gözlərinə inanmayan yerli sakin görüb. Avtomobilin sol ön təkəri körpüdən kənara çıxaraq uçurumun üstündə asılı qalıb.
Əraziyə xilasedicilər cəlb olunub. Qadının bəxti gətirib ki, körpü maşının ağırlığına tab gətirib.
Bizim.Media