“Rusiya müvafiq sanksiyalar olmadan Yəmənə qarşı təcavüzü qəti şəkildə pisləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat yayıb.
O əlavə edib ki, ABŞ və Britaniyanın Qırmızı dənizdəki hərəkətləri NATO-nun Yuqoslaviya, Əfqanıstan və Suriyaya qeyri-qanuni hücumlarının “ən pis vaxtlarını” xatırladır.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin Saada əyalətində “Ənsar Allah” hərəkatının (husilərin) hədəflərinə kütləvi raket zərbələri endirir.
Bizim.Media