İstanbulda Ukraynanın Yenidənqurulmasına dair Forum keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakov özünün “X” hesabında məlumat verib.
Forumdan öncə Türkiyənin ticarət naziri Ömər Bolat ilə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Kubrakovla görüşü baş tutub:
“Ukraynanın Yenidənqurma Forumunu təşkilində əməyi keçən Ömər Bolat və Abdulkadir Uraloğlu ilə səmərəli görüşlərimiz oldu. Bu, güclü bağlılığı göstərir”.
O qeyd edib ki, Türkiyə tərəfi Ukraynanın müharibədən sonrakı bərpasında iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.
Bizim.Media