Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın 2014-cü ildə Ukraynanın şərqində təşkilatın antiterror müqaviləsini pozduğunu müəyyən edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məhkəmənin qərarına görə, Rusiya Donbassdakı separatçı qruplara maliyyə dəstəyini araşdırmaqdan imtina edərək, BMT-nin terrorla mübarizəyə dair müqaviləsinin şərtlərini pozub.
Lakin qərarla Ukraynanın təzminat tələbləri rədd edilib.
Həmçinin, BMT Məhkəməsi 2014-cü ilin iyulunda “Boeing” sərnişin təyyarəsinin vurulmasına görə Rusiya Federasiyasının ehtimal olunan məsuliyyəti barədə qərar qəbul etməyib.
Bizim.Media