İranda kişi yeniyetmə oğlunu transseksual olduğu üçün öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” “Telegram” kanalı yayıb.
Mənbə yazır ki, dəhşətli hadisə Təbrizdə qeydə alınıb.
Məlumata görə, o, 17 yaşlı övladının qadın kimi geyindiyi və bəzəndiyi üçün, həmçinin öz həmcinsi ilə münasibətdə olması ilə bağlı şübhələrinə görə öldürüb.
Qətl hadisəsindən sonra ata polisə təslim olub və bildirib ki, utandığından yaxınları və tanışlarının arasına çıxa bilmirmiş.

Bizim.Media