Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif "Ədalət uğrunda Hərəkat" partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Buşra Bibiyə 14 il həbs cəzası verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dawn qəzeti yayıb.
Mənbə qeyd edir ki, cütlük korrupsiyada və xarici hədiyyələrin satışında ittiham olunur.
Bir gün əvvəl isə Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Kureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Bizim.Media